!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan savaş çıxaracaq addım: S-300-lər Suriyaya göndərilir

!Reklam – Yazi

Rusiyanın S-300 raketləri iki həftə ərzində Suriyaya göndəriləcək.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi öz açıqlamasında bildirib.

Ötən həftə İsrailin Suriyaya hücumu zamanı Rusiyanın İl-20 tipli döyüş təyyarəsi İsrail ordusuna aid S-200 sistemləri tərəfindən vurulub, hadisə nəticəsində 15 Rusiya əsgəri ölüb.

Rusiya Müdafiə Nazirliyi İsrail tərəfinin hadisəni qəsdən törətdiyini əsas gətirərək, bu hadisəyə görə məsuliyyət daşıdığını bildirib.

Bütün bunların fonunda dünya mediasında Rusiyanın bu addımı İsrail tərəfinə qarşı əks-həmlə olaraq qiymətləndirilib.

Rəsmi Moskva buna reaksiya verərək, “S-300-ləri Suriyaya göndərmək qərarının hər hansı üçüncü ölkə ilə heç bir əlaqəsi yoxdur. Səbəb sadəcə Rusiya ordusunun təhlükəsizliyini artırmaqdır” deyə məlumatı şərh edib.

Həşim Səhrablı

www.yenicag.az

4562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv