!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı nazir müavininin ABSURD İDDİASI: “Azərbaycan istəməsə, həmin müddətdən sonra...”

!Reklam – Yazi

“İndiki şəraitdə Rusiyanın xeyli zəiflədiyini və bölgədə yeni reallıqların yarandığını nəzərə almaq lazımdır”.

Bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin “Rusiya sülhməramlı kontingentinin Qarabağda mövcudluğuna ehtiyac var və gələcəkdə də ehtiyac olacaq” sözlərinə münasibət bildirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yalnız inteqrasiya prosesi tam başa çatana qədər rus hərbi kontingetinin bölgədə fəaliyyətinə ehtiyac duyula bilər:

“Azərbaycanın həyata keçirdiyi lokal antiterror əməliyyatlarından sonra Qarabağdakı separatçı rejimin varlığına birdəfəlik son qoyuldu. Qarabağda yaşayan ermənilər isə kütləvi şəkildə bölgəni tərk etməyə başladı. Lakin Azərbaycan Qarabağdakı erməni əhalinin hüquq və təhlükəsizliyinin təmin olunacağını dəfələrlə bəyan edib.

Ancaq ermənilər hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyətin nəzərində Azərbaycanın nüfuzunu aşağı salmaq üçün guya “etnik təmizləmə”yə məruz qaldıqlarını iddia etməkdədirlər. Beynəlxalq ictimaiyyət isə bu yalanlara inanmağa daim meylli olub.

Hazırda Qarabağda yaşayıb Azərbaycana inteqrasiya olmaq istəyən ermənilər də var. Yalnız inteqrasiya prosesi tam başa çatana qədər rus hərbi kontingetinin fəaliyyətinə ehtiyac duyula bilər. Çünki Azərbaycanın “etnik təmizləmə” siyasəti aparmadığını nümayiş etdirmək, sözümüzü rus kontingenti vasitəsilə ermənilərə çatdırmaq, onları sıxışdırmadığımızı dünyaya göstərmək vacibdir.

Əlavə olaraq, sülhməramlıların nəzarət zonasının kifayət qədər kiçildiyini də nəzərə almaq lazımdır. Rus hərbi kontingentinin müəyyən olunmuş müddətdə Azərbaycandan çıxarılmayacağı haqda indiki söhbətlər üç il öncə ortaya çıxsaydı, mən də çox narahat olardım.

Ancaq indiki şəraitdə Rusiyanın xeyli zəiflədiyini və bölgədə yeni reallıqların yarandığını nəzərə almaq lazımdır. Ona görə də, Azərbaycan istəməsə, Rusiya hərbi kontingenti fəaliyyət müddəti bitdikdən heç bir problem yaşanmadan ərazimizi tərk edəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv