Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri yalnız milli-mədəni yaxınlıqla məhdudlaşmır, eyni zamanda, tarixi hadisələr və geosiyasi maraqlarla formalaşmış dərin strateji əməkdaşlığa da əsaslanır. Lakin bu münasibətlər XX əsrdə ciddi sınaqlardan keçmiş, bölgədə baş verən siyasi dəyişikliklər nəticəsində iki xalq süni şəkildə bir-birindən ayrı düşmüşdür. Tarixi proseslərdən bu günə qədər uzanan bir yol xəritəsi var ki, burada Zəngəzurun Ermənistana verilməsi və Naxçıvanın blokadası mühüm yer tutur.