"Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, bankın 10 illiyi ilə bağlı Türkiyə Respublikasının rəsmi xəbər agentliyi olan Anadolu Agentliyi və TRT AVAZ kanalının müxbirlərinə müsahibə verib. Müsahibə zamanı o, Ziraat Bank Azərbaycanın ölkə bankları arasında ilk 10-luqda daimi yer almağı əsas hədəflərindən biri kimi vurğulayıb.