Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Sabahın hava proqnozu

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 11-də hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

230
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM