Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Sabah”la “Qəbələ” Premyer Liqaya qələbə ilə başladı

Reklam: Sinerji Pro

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün ilk turunun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

“Qəbələ” doğma meydanda “Səbail”i sınağa çəkib. Meydan sahibləri bu görüşdə 3 cavabsız qolla qalib gəliblər.

İlk turun son matçında isə Premyer Liqanın debütantı “Sabah” səfərdə “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşma “Sabah”ın Azərbaycan Premyer Liqasındakı ilk oyunu idi. Elşad Əhmədovun çalışdırdığı paytaxt təmsilçisi tarixi qarşılaşmadan minimal hesabla qalib ayrılıb.

Ötən gün isə “Neftçi” “Sumqayıt”a 2 cavabsız qolla qalib gəlmişdi.

Turun daha bir oyunu – “Qarabağ” – “Zirə” matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb.

Azərbaycan Premyer Liqası
1-ci tur

12 avqust

Qəbələ – Səbail 3:0
Qol: A.Məmmədov, 21. Ü.Abbasov, 63. C.Adeniyi, 81.
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev.
Qəbələ. Şəhər stadionu, 19:00.

Keşlə – Sabah 0:1
Qol: M.Deviç, 45+2-pen.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov.
Bakı. “ASK Arena”, 21:00.

www.yenicag.az

1089
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS