Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Sakinləri koronavirusun ciddiliyinə inandırmaq əsas problemdir" - BŞİH başçısı

“Hər gün Bakı Şəhər İcra Hakimiyyətinin balasında olan binaların liftləri dezinfeksiya olunur”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında çıxışı zamanı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.

Eldar Əzizov qeyd edib ki, hər gün dezinfeksiya işlərində iki min insan iştirak edir:

“Bakı şəhər İcra Hakimiyyətində olan 11 min 700 bina həftədə iki dəfədən az olmayaraq, dezinfeksiya olunur. İki həftədən bir Bakının əsas küçə və prospektləri xüsusi maddələrlə yuyulur. Dezinfeksiya işlərində hər gün iştirak edən şəxslər sonra gündəlik işlərini davam etdirirlər. Kooperativlər, MTK-larda yaşayan sakinlər bilməlidir ki, onlar kollektiv mülkiyyət kimi gedir, özləri dezinfeksiya işini təşkil etməlidir. Sakinləri koronavirusun ciddiliyinə inandırmaq əsas problem olaraq qalır”.

Gülşən Şərif

www.yenicag.az

316
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100