Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Saxta boşanmaları körükləyən səbəblər: “Heç bir dövlət qurumu bu tendensiyanın səbəblərini araşdırmır”

“Məhkəməyə müraciət edən iddiaçı və cavabdeh tərəf boşanmaqda israrlıdırsa, bu, tez-gec baş verir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə qeydə alınan boşanma statistikasında nikahın süni şəkildə pozulması hallarının müəyyən yer tutmasına münasibət bildirən vəkil Roman Qaraşov deyib.

Roman Qaraşovun sözlərinə görə, Azərbaycanda son illər boşanmaların sayı artsa da, müvafiq dövlət qurumları bu tendensiyanın səbəblərini təhlil etmirlər:

“Hazırda nikahın pozulması ilə bağlı məhkəmələrin icraatında mülki xarakterli yüzlərlə iş var. Onların demək olar ki, sayı qədər də fərqli səbəbləri mövcuddur. Ancaq heç bir dövlət qurumu nikahın hüquqi formada pozulmasından sonra yaranan faktik vəziyyəti araşdırmır.

Boşanma prosesində məhkəmə tərəflərin fikrini aydınlaşdırır, iddiaçı və cavabdeh nikahın pozulmasında israrlı olursa, bu, tez-gec baş verir. Çünki vətəndaş nikaha girmək və nikahını pozmaq hüququna malikdir.

Doğrudur, bir çox hallarda reallıqda ailə münasibətləri davam etdirilsə də, bəzən məcburi köçkün statusu olan şəxslər əlavə güzəşt əldə etmək məqsədilə, o cümlədən, xaricə köçmək istəyən şəxslər miqrasiya prosesini asanlaşdırmaq üçün rəsmi nikahı ləğv etdirirlər. Lakin belə şəxslərin sayı çoxluq təşkil etmədiyi üçün bu tendensiya riskli həddə deyil.

Biz bütün hallarda ailələrin həm faktik, həm də hüquqi baxımdan, davamlı və möhkəm olmasının tərəfdarıyıq. Qeyd olunan neqativ varianta əl atmağı nəzərdə tutan şəxsləri də bu addımdan çəkinməyə çağırırıq”.

Gülşən Şərif

www.yenicag.az

758
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100