Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şəkərli diabet xəstəliyi ilə bağlı qanun layihəsi hazırlanır

Şəkərli diabet xəstəliyi ilə bağlı qanunverciliyin dəyişdirilməsi və tam yenilənməsi nəzərdə tutulur.

Yenicag.az xəbər verir ki, bununla bağlı qanun layihəsinin hazırlanaraq, parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası gedişində ən azı müvafiq komitə – Səıhiyyə komitəsi səviyyəsində müzakirəsi planlaşdırılır.

Bildirilib ki, bu məsələ hələ parlamentin sonuncu-2018-ci ilin payız sessiyasında gündəmə gətirilib və mövcud qanunun dövrün reallıqlarına cavab vermədiyi önə çəkilərək, onun Səhiyyə Nazirliyi ilə birlikdə üzərində yenidən işlənilməsi qərarlaşdırılıb.

Bu baxımdan, yaz sessiyasında şəkərli diabet xəstəliyinə düçar olmuş şəxslərlə bağlı tam dəyişdirilmiş və yenilənmiş qanun layihəsinin komitə səviyyəsində ilkin variantda müzakirəsi və plenar iclasa tövsiyə nəzərdə tutulur.

Həmçinin, qanun layihəsinin hazırlanması istiqamətində daha bir addımın atılması – parlamentin Səhiyyə komitəsi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərinin birgə ictimai dinləmələrinin keçirilməsi gözlənilir./Oxu.az/

www.yenicag.az

1231
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS