Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sərxoş qadın partidə botoks etdirdi - Ayılanda gözlərinə inanmadı - FOTO

Rachael Knappier adlı qadın “Botoks Party”də dodaqlarına botoks etdirib. Lakin “həkimin” tibb təhsili olmayan, əvvəllər məhkum olduğundan xəbərsiz olub.

Yeniçag.az xarici mətbuata istinadən xəbər verir ki, Rachael Knappier rəfiqəsinin evində verdiyi “Botoks Party”-ə alnında olan qırışıqlıqları doldurtmaq və əylənmək üçün gedib. Partidə çoxlu içki qəbul edən qadın sərxoş olub özünü itirib. Rəfiqəsinin məsləhəti ilə dodaqlarına botoks etdirmək fikrinə düşən Rachael səhər ayılanda gözlərinə inana bilməyib. Sən demə ona botoks edən şəxsin tibbi təhsili belə olmayıb. O, əvvəllər türmədə məhkum olub.

Rachael dodaqlarının tək parça halında normal vəziyyətindən iki qat artıq böyüyəcəyini gözləmirdi. Əslində, bu komplikasiyalar o qədər ciddi olub ki, gənc qadın üst dodağını itirə bilərdi. Parti başlamadan əvvəl belə bir fikri olmayan qadın bildirib ki, “Rəfiqəm “həkim kosmetoloqu” çox təriflədi və məndə içkinin təsiri ilə dodaqlarıma botoks etdirmək qərarına gəldim.”

www.yenicag.az

13401
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100