!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şeyxin qudasının oğlu həbs olundu

!Reklam – Yazi

Nəsimi rayon məhkəməsində sabiq millət vəkili Qalib Salahzadənin oğluna qarşı istintaq işi üzrə iclas başa çatıb.

Yenicag.az haqqın.az-a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə prosesinə media nümayəndələri buraxılmayıb. Məlumata görə, zərərçəkmiş məhkəməyə gəlmədiyi üçün proses noyabr ayının 8-nə təxirə salınıb.

Xatırladaq ki, Əlihüseyn Salahzadə “Azərsu” əməkdaşını döyməklə təqsirləndirilir. Onun haqqında cinayət məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya həyat və sağlamlığa təhlükə yaradacaq güc tətbiqetmə) maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon məhkəməsi tərəfindən Əlihüseyn Salahzadə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Maraq üçün onu da bildirək ki,  Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudasıdır.

www.yenicag.az

3439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv