Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Siyasi partiyalar haqqında qanun təkmilləşdirilməlidir” - Tural Abbaslı

Reklam: Sinerji Pro

“Partiyalara olan təzyiqlərin azaldılması fonunda rəqabətsizlik mühiti də aradan qaldırılmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkənin mövcud siyasi mühitini dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, ölkədə çoxpartiyalı sistemin təkmilləşdirilməsi üçün əlavə addımların atılmasına ehtiyac var:

“Bu ilin əvvəlindən etibarən, iqtidarla müxalifət arasında bir dialoq başlayıb və yaxınlaşma müşahidə olunur. İlk dəfə olaraq, Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik orqanı ilə əlaqələr şöbəsi yaradılandan sonra partiya sədləri ilə görüşlər keçirilib.

Bunun nəticəsində bəzi partiyaların dövlət qeydiyyatı problemi həll edilib, bəzilərinin illərlə hüquqi həllini tapmayan məsələləri yoluna qoyulub və bir çox hallarda partiyaların ölkədəki vəziyyətlə bağlı fikirləri öyrənilib.

Həmin görüşlərdə irəli sürülən fikirlərdən biri də siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün ofislə təmin olunması idi. Hansı ki, partiyalar istər maliyyə, istərsə də bəzi icarədarların öz obyektlərini bilərəkdən icarəyə verməməsi səbəbindən xeyli dərəcədə əziyyət çəkirdilər.

Bu problemin həlli ilə bağlı iqtidar söz vermişdi və bu yaxınlarda təxminən 17-ə yaxın siyasi partiya ilə dövlət rüsumunun ödənməsi şərti ilə müqavilə imzalanaraq, onlara ofis verilib.

Hesab edirəm ki, bundan sonra da çoxpartiyalı sistemin inkişaf etdirilməsi üçün addımlar atılmalıdır. Çünki görüləsi işlər olduqca çoxdur. İndiyə kimi partiyalar arasındakı rəqabətin səviyyəsi də xeyli aşağı idi. Partiyalara olan təzyiqlərin azaldılması fonunda rəqabətsizlik mühiti də aradan qaldırılmalıdır.

Partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı dəyişikliyə cəmi 2 bəndin əlavə edilməsi isə kifayət deyil. Çünki siyasi partiyalar haqqında qanun təkmilləşdirilməlidir. Bu prosesə partiyaların da cəlb edilməsi məqsədəuyğundur. Unutmaq olmaz ki, Azərbaycanda siyasi partiyaların zəif olması həm də iqtidarın zəif olması deməkdir. Bu baxımdan. partiyaların güclənməsi dövlətin də güclənməsi anlamına gəlir”.

Gülşən Şərif

www.yenicag.az

4777
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100