!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Siyasi partiyaların böyük qismi piar mütəxəssisləri ilə yox, hakimiyyətlə işləməyə üstünlük verir” – ŞƏRH

!Reklam – Yazi

“Partiyaların peşəkar piar mütəxəssisləri ilə əməkdaşlıqdan yayınmalarına bir neçə amil təsir göstərir”.

Bu fikirləri siyasi partiyaların peşəkar piar mütəxəssisləri ilə əməkdaşlıqdan yayınmalarının səbəblərinə toxunan Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud partiyalar ölkədə, regionda və dünyada gedən ciddi proseslərə münasibət bildirmək praktikasından da yetərincə uzaqlaşıblar:

“Hesab edirəm ki, piar mütəxəssisləri siyasi partiyalarla bağlı bu iradlarında kifayət qədər haqlıdırlar və bunun üçün əsasları var. Ancaq onu da qeyd etmək lazımdır ki, hazırda partiyalar ölkənin siyasi həyatında fəal rol oynaya bilmirlər. Hansısa partiya təmsilçisinin bunun əksini iddia etməsi blefdən başqa bir şey olmayacaq.

Ona görə ki, əvvəla, partiyaların rolu ictimai fikrin formalaşdırılmasını və yönləndirilməsini təmin etməkdən ibarət olmalıdır. Təəssüf ki, ölkənin nümunəsində bunu müşahidə edə bilmirik.

İkincisi budur ki, ölkədə keçirilən seçkilərin nəticələrinin birmənalı qarşılanmaması və bu istiqamətdə mübahisələrin səngiməməsi də partiyaların piar mütəxəssisləri ilə əməkdaşlıq zərurətinə çox mənfi təsir göstərir.

Əksəriyyət görür ki, seçkilərin nəticələri kampaniya müddətində yüksək səviyyədə aparılan effektiv təbliğatın deyil, kənar müdaxilələrin nəticəsində müəyyənləşir. Bu amil də partiyaların peşəkar piar mütəxəssisləri ilə əməkdaşlıqdan yayınmalarına səbəb olur.

Üçüncü səbəb olaraq, ölkədə siyasi institutlaşma prosesinin xeyli zəiflədiyini, partiyaların durğun vəziyyətə düşmələrini göstərə bilərik. Gördüyünüz qədər, mövcud partiyalar ölkədə, regionda və dünyada gedən ciddi proseslərə münasibət bildirmək praktikasından da yetərincə uzaqlaşıblar. Bu da partiyaların müstəqilliyinin əhəmiyyətli dərəcədə itirilməsi ilə bağlıdır.

Belə bir şəraitdə siyasi partiyaların böyük qismi piar mütəxəssisləri ilə yox, hakimiyyətlə işləməyə üstünlük verir. Çünki hakimiyyətlə işləyəndə müəyyən nəticə əldə olunur, nəinki piar mütəxəssisləri ilə…”

A.Zeynalov

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv