!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Skripal sui-qəsdi" Qərbin yeni bəhanəsidirmi? - Analiz  

!Reklam – Yazi

Rusiya və İngiltərə arasında Aralıq dənizi, Yaxın Şərq və Balkan yarımadasında nəzarəti ələ almaq üçün əsrlərdir davam edən mübarizə yeni mərhələyə qədəm qoyub.

Yenicag.az xəbər verir ki, Rusiya əleyhinə qurulan blok XIX əsrlə müqayisədə olduqca geniş əhatə dairəsinə malikdir. İngiltərə-Rusiya xəttində yaranan gərginlik 164 il əvvəl baş verən Krım müharibəsinin izlərini daşımaqla “Tarix özünü təkrarlayır” teoremini bir da qüvvətləndirmiş oldu. Bəs necə oldu ki, keçmiş rus kəşfiyyatçısına qarşı təşkil olunan sui-qəsd süper gücləri bu mövqeyə gətirib çıxartdı?

Hadisənin kökləri 1990-cı illərə gedib çıxır. Rusiya hərbi kəşfiyyat orqanında xidmət edən Sergey Skripal ölkəsinin gizli agentlərinin kimliyini İngiltərəyə açıqlamaqda təqsirləndirilirdi. İki il davam edən məhkəmə işinin nəticəsində məlum oldu ki, Skripal İspaniyadakı bank hesabına yatırılmış 100 min dolların qarşılığında çoxlu sayda agenti İngiltərəyə “satıb”. İkiillik həbsdən sonra 2010-cu ildə İngiltərədən sığınacaq alan Skripal ömrünün sonuna qədər Rusiya qorxusu ilə yaşadı. Bu ilin mart ayında Skripal və Moskavadan onu ziyarət etmək üçün gələn qızı Yuliya oturacaqda komaya düşmüş halda tapıldılar. Ekspertiza hər ikisinin kimyəvi silahla öldürüldüyünü müəyyən etdi. Təbii olaraq, bütün oxlar bir anda Rusiyanın üzərinə çevrildi.

Bu hadisəyə etiraz əlaməti kimi dünyanın bir çox ölkəsi rus diplomatlarını ölkəsindən deportasiya etdi. Adi bir sui-qəsd hadisəsi kimi görünən bu qətl həm də kimyəvi silahdan imtina barədə imzalanan hüquqi paktların kobud şəkildə pozulması demək idi. Görünür, Donald Trampın simasında yeni bir görkəmə bürünmüş amerikan xarici siyasəti SSRİ ilə imzalanmış bütün silahsızlaşma müqavilələrini qüvvədən salmağı planlaşdırır.

“Skripal sui-qəsdi” bir aydan az müddət ərzində soyuq müharibədən sonra Rusiyaya qarşı aqressiyanı ən yüksək zirvəyə çatdırdı. Rusiyanın Ukrayna, Krım və Suriyaya müdaxiləsinə göz yuman Qərb kimyəvi silahdan istifadəni Rusiyaya bağışlamayacaq. Kiçik bir qığılcımın nələrə səbəb ola biləcəyininsə tarixdə örnəkləri var. Ümid edək ki, “Skripal sui-qəsdi” I Dünya Müharibəsinə bəhanə olan Avstriya vəliəhdi Frans Ferdinanda qarşı təşkil olunan sui-qəsdii kölgədə qoymayacaq.

Aytək Yusifsoy

www.yenicag.az

1718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv