!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Soçi görüşündə açılan YENİ “PƏRDƏ”: “Rusiya Türkiyənin maraqlarının nəzərə alınması üçün...”

!Reklam – Yazi

“İstənilən halda, Ankara Moskvanı öz planlarına razı salmaq üçün yetərli imkanlara malikdir”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Soçidə keçirilmiş son görüşündən sonra Ankaranın Suriyanın şimalında planlaşdırdığı yeni hərbi əməliyyatla bağlı Moskvanın tutacağı mövqeni şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.Onun fikrincə, Rusiya bu kontekstdə İranı Türkiyənin maraqlarının nəzərə alınmasına razı salmağa çalışacaq:

“Soçi görüşü bir daha göstərdi ki, mövcud şərtlər Rusiya-Türkiyə əməkdaşlığının genişlənməsi üçün əlverişli mühit formalaşdırıb. Rusiyanın Ukraynaya hücumundan sonra Moskvanın Ankara ilə əməkdaşlığın genişlənməsinə ehtiyacı artıb.

Eyni zamanda, Türkiyənin Rusiya ilə əlaqələrdə mövqeyi kifayət qədər möhkəmlənib. Bu, Türkiyənin Rusiya üçün həm dünyaya çıxışın təmin edilməsi, həm də Moskva üçün Cənubi Qafqaz, Orta Asiya kimi əhəmiyyətli regionlarda maraqların uzlaşdırılması ilə şərtlənir.

Türkiyə, həmçinin Rusiya-NATO arasında mümkün razılaşmaların etimadlı zəmanətçisi rolunda çıxış etmək potensialına malikdir. Ankaranın regional əməkdaşlıq və Rusiya ilə dialoqun davam etdirilməsi təşəbbüslərini fəal dəstəkləməsi də Moskva üçün son dərəcə əhəmiyyətlidir.

Türkiyə Ukraynanın ərazi bütövlüyün tanıyır, Rusiyanın işğalçı hücumunu açıq şəkildə pisləyir. Bununla yanaşı, Ankara Moskanı narahat edən təhlükəsizlik məsələlərinin müzakirəsini də vacib sayır. Məhz bu cür mövqe Türkiyə-Rusiya münasibətlərində əməkdaşlıq çalarlarının rəqabət elementlərini üstələməsinə imkanlar yaradır.

Bu kontekstdə güman etmək olar ki, Rusiya Türkiyənin Suriyanın şimalında planlaşdırdığı antiterror əməliyyatlarına yönəlik neytral mövqe tuta bilər. Əlbəttə, bu ehtimal Türkiyə üçün tam hərəkət sərbəstliyi anlamına da gəlmir.

Lakin istənilən halda, Ankara Moskvanı öz planlarına razı salmaq üçün yetərli imkanlara malikdir. Güman etmək olar ki, Rusiya İranla da bu məsələləri müzakirə edərək kompromis variant tapmağa cəhd göstərəck.

Hazırda Rusiya üçün İranla əməkdaşlığın qorunması da olduqca vacibdir və Moskva bu məsələdə seçim etmək istəməyəcək. O baxımdan, düşünmək olar ki, Rusiya İranı Türkiyənin maraqlarının nəzərə alınmasına razı salmağa çalışacaq”.

A.Zeynalov

www.yenicag.az

366
Ads
www.veteninfo.com
!Reklam – Arxiv