Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

SON DƏQİQƏ - Oqtay Şirəliyev türkiyəli həmkarı ilə koronavirusu müzakirə etdi

Türkiyə və Azərbaycanın Səhiyyə nazirləri arasında telefon danışığı olub.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabı vasitəsilə açıqlama yayıb.

Onun sözlərinə görə, əsas müzakirə mövzusu koronovirus və ondan qorunma yolları olub:

“Azərbaycan Səhiyyə naziri, dostum Oqtay Şirəliyevlə telefonla danışdım. Qonşu ölkələrdə mövcud olan koronovirusa qarşı mübarizə ilə bağlı Türkiyə və Azərbaycan olaraq, iki ölkə arasında görəcəyimiz tədbirlər haqqında müzakirələr apardıq”.

www.yenicag.az

793
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100