Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Sosial şəbəkələrdə özümüz özümüzü söydürürük" - Fazil Mustafa

“AzTV Milli Məclisin fəaliyyətini elə işıqlandırır ki, sanki parlament spiker və komitə sədrlərindən ibarətdir”

Yenicag.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün baş tutan plenar iclasında dövlət televiziyasının parlamentin fəaliyyətini işıqlandırması prinsipinə etirazını bildirib.

Fazil Mustafanın sözlərinə görə, dövlət büdcəsindən kifayət qədər vəsait ayrılan AzTV öz işini normal görə bilmirsə, bu işi İctmai televiziya yerinə yetirsin.

“Burada parlamentin xüsusi televiziyasının açılması təklif edildi. Ancaq mən diqqəti AzTV-nin parlamentin fəaliyyətini necə işıqlandırmasına yönəltmək istəyirəm. AzTV-nin Milli Məclisin fəaliyyətinə dair sujetlərini izlədikdə belə təəssürat yaranır ki, parlament sanki spiker və komitə sədrlərindən ibarətdir.

Anlaşılmır, dövlət televiziyası millət vəkillərinin fəaliyyətinə niyə belə etinasız yanaşır. AzTV-nin sayəsində belə rəy yaranır ki, deputatlar sanki yalnız öz maraqlarını düşünürlər, sosial şəbəkələrdə özümüz özümüzü söydürürük. Ona görə də əgər büdcədən bu qədər vəsait ayrılan AzTV Milli Məclisin fəaliyyətini normal işıqlandıra bilmirsə, bu iş İctimai televiziyaya həvalə olunsun”.

A. Zeynalov

www.yenicag.az

5983
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100