Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Soyqırımının 102-ci ildönümü: “Azərbaycana qarşı bu siyasət davam etməkdədir” – Zaur Məmmədov

Reklam: High Technic

“Əsas məqsədimiz ermənilərə qarşı bütün platformalarda fəallığı artırmaqla, tarixi ədalətin bərpasına nail olmalıyıq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri erməni-bolşevik qüvvələrinin azərbaycanlılara qarşı birgə həyata keçirdikləri Soyqırımının 102-ci ildönümü və tarixin verdiyi dərslərdən danışan politoloq Zaur Məmmədov bildirib.

Zaur Məmmədova görə, Azərbaycan xalqı ötən əsrdə üzləşdiyi faciələrdən dərs çıxarsa da, bütün hallarda yenə ayıq olmaq lazımdır:

“Hələ 1905-06-cı illərdə “Daşnaksütyun” partiyasının liderləri “erməni məsələsi”ni həll etmək, “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün bütün yerli təşkilatlara təlimat göndərərək tələb etmişdi ki, İrəvan, Gəncə Qarabağ mahallarında olan bütün türk kəndlərini viran qoysunlar, bu kəndləri yerli əhalidən, yəni azərbaycanlılardan birdəfəlik təmizləsinlər.

1905, 1918, 1992-ci ildə baş vermiş soyqırımlarında azərbaycanlılar silahlı və hərtərəfli hazırlıqlı ermənilərin qarşısında silahsız və gücsüz vəziyyətdə idilər. Azərbaycan kəndlərinin dağıdılması təbii ki, şimaldan gələn aktiv dəstək nəticəsində həyata keçirilirdi.

Rus məmurları da milli ədavəti qızışdırmaqla, bir tərəfdən canlanmaqda olan azadlıq hərəkatının boğulmasına, digər tərəfdən də boşaldılmış müsəlman kəndlərində xristianların məskunlaşmasına imkan yaradırdılar.

İstər Rusiya, istərsə də Vatikan, İngiltərə, Fransa, ABŞ və digər Qərb ölkələri tez-tez “erməni kartı”ndan müsəlman və türk əhaliyə qarşı istifadə edirdilər. Məqsəd bəllidir, bölgədə vassal dövləti yaratmaq istəyirdilər.

Azərbaycan xalqı artıq bütün bu hadisələrdən dərs alıb. Biz ayıq olmalıyıq, başa düşməliyik ki, ermənilər kimliyindən asılı olmayaraq, bundan sonra da azərbaycanlılara qarşı bu siyasəti davam etdirəcəklər. Ona görə də bütün platformalardan istifadə etməklə, tarixi ədalətin bərpası istiqamətində işlər aparmalıyıq”.

Gülşən Şərif

www.yenicag.az

673
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100