!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Stresi azaltmaq üçün ən faydalı METOD

!Reklam – Yazi

Gündəlik həyat stressiz yaşamağı, onu tamamilə aradan qaldırmağı mümkünsüz etsə də, stresin azaldılması və ciddi bir sağlamlıq probleminə çevrilməməsi üçün edə biləcəyimiz işlər var.

Yenicag.az xəbər verir ki, aparılan araşdırmalara görə, onlardan biri də kitab oxumaqdır.

Məlum olub ki, kitab oxumaq stresi aradan qaldıra bilir. Alimlər hesab edir ki, oxunanların tanınması və deşifrləmə prosesi beynin səkkiz bölgəsini və onaların arasında sinir əlaqəsini aktivləşdirir.

Tədqiqatçılar könüllüləri stres vəziyyətinə salıblar. Bundan sonra onlara ən çox yayılmış istirahət üsullarından birini istifadə etmək imkanı verilib. Nəticə əzələ gərginliyinin və nəbzin nisbətinin azaldığını göstərib. Alimlərə görə, oxumaq yalnız fikir yayındırma deyil, həm də təxəyyülün fəallaşmasıdır. Kitab oxumaq daha çox beyin hüceyrələrini aktiv edir və onlar arasında əlaqə yaradır. Oxuyan zaman təxəyyüldə obrazlar yaradaraq onlar kimi düşünmək məmnunluq hissi yaradır, buna görə də stres azalır.

Hesab olunur ki, oxumağın faydaları narahatlıq və stresi azaltmaqdan da yüksəkdir. Tədqiqatçılar kitab oxumağı beyin sağlamlığı ilə əlaqələndirirlər. Stresi azaltmaq üçün ən yaxşı metod oxumaq sayılır. Araşdırma zamanı məlum olub ki, oxumaq stresi 68 faiz, musiqi dinləmək 61 faiz, bir fincan qəhvə 54 faiz, piyada gəzmək isə 42 faiz azalda bilir. (e-tibb.az)

www.yenicag.az

1268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv