!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh müqaviləsi üçün PAT VƏZİYYƏTİ: “Azərbaycanın bu məsələni uzatmaq niyyətinin olmaması…”

!Reklam – Yazi

“Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını istəyir və bu istiqamətdə fəaliyyətləri davam etdirir”.

Bu fikirləri Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsindən sonra Ermənistanla sülh müqaviləsinin tezliklə imzalanma ehtimalını şərh edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan qarşıdurmasının əsasını artıq həll edilmiş Qarabağ məsələsi təşkil edirdi:

“Qarabağ münaqişəsi artıq öz həllini tapsa da, Ermənistan və Azərbaycan arasında qarşıdurma davam etdiyi və sülh müqaviləsi hələ imzalanmadığı üçün faktiki olaraq müharibə vəziyyəti hələ qalmaqdadır. Ermənistanın baş naziri Nikol Paşinyanın da açıqlamalarından İrəvanın sülhə meyilli olduğunu görmək mümkündür.

Bununla belə, vaxtaşırı sərhəd təxribatlarının şahidi oluruq. Ona görə də sülh müqaviləsinin razılaşdırılması istiqamətində danışıqlar gedir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. İki ölkə qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu məsələdə qarşılıqlı razılığın olması mühüm şərtdir.

İndiki məqamda sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur, Qərbi Azərbaycandan olan soydaşlarımızın taleyi kimi bir sıra vacib məsələlər də sülh danışıqlarının predmetini təşkil edir. Bu baxımdan, geridə qoyduğumuz 30 ilə nəzərən sülh müqaviləsinin imzalanmasına yaxın olsaq da, hələ ki tələsmək lazım deyil.

Əlbətdə, Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını istəyir və bu istiqamətdə fəaliyyətləri davam etdirir. Əgər Ermənistan süni maneələr yaratmasa, Fransa və digər dövlətləri prosesə cəlb etmək niyyətindən əl çəksə və danışıqlar prosesində manipulyasiya xarakterli addımlar atmasa, yaxın müddətdə sülh müqaviləsi imzalana bilər. Azərbaycanın bu məsələni uzatmaq niyyəti yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv