Reklam

Reklam

Sumqayıt şəhərində süpürgəçi qadının maşınla vurularaq öldürülməsi haqqında xəbərlər yayılıb.

Yenicag.az baş verən hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi ilə əlaqə saxlayıb. Saytımıza bildirilib ki, süpürgəçi qadının ölüm xəbəri doğru deyil:

“Bu xəbər doğru deyil, baş verən hadisədə xəsarət alan qadın yox, kişi olub. Hadisə bu gün səhər baş verib. Belə ki, Sumqayıt şəhər Koroğlu Rəhimov küçəsində Ağsu sakini 35 yaşlı kişini maşın vurub. Xəsarət alan şəxs xəstəxanaya aparılıb”.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından saytımıza verilən məlumata görə, xəsarət alan kişi bu dəqiqələrdə dünyasını dəyişib.

Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyindən saytımıza bildirib ki, maşınla vurulan şəxs Rəsulov Vidadi Sumqayıt Yaşıllaşdırma İdarəsində bağban işləyib.

Qeyd edək ki, xəbəri Report yayıb.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1483
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."