!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda Elektron Hökumətin artan EFFEKTİVLİYİ: Vətəndaşlara göstərilən xidmət nə qədər səmərəlidir? - TƏHLİL

!Reklam – Yazi

Yaşadığımız müasir dövrdə elektron xidmətlər ictimai həyatın bütün sahələrində əvəzsiz rola malikdir.

Bu baxımdan “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində həyata keçirilən ən önəmli layihələrdən biri də “Elektron Hökumət” (“e-hökumət”) layihəsi hesab oluna bilər. Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) iki il öncəki hesabatına əsasən, “E-Gov.az” portalında 38 qurum tərəfindən təqdim edilən 443 elektron xidmət üzrə qeydiyyat sayı isə 175 min artaraq yekunda 1 milyon 266 min təşkil edib. İnteqrasiya edilən sistemlərlə birgə 700-dən artıq elektron xidmətə çıxışı təqdim edən “myGov” portalında isə istifadəçi sayının 2019-cu illə müqayisədə 10 dəfə artaraq 433 min olduğu qeyd edilib. 2020-ci ildə “myGov”da xidmətlərdən istifadə sayı 2019-ci ilə nisbətən təqribən 15 dəfə artaraq 11 milyon 500 min təşkil edib. İl ərzində “myGov” portalı vasitəsilə vətəndaşlara 3 milyon 200 mindən çox bildiriş göndərilib.

Doğrudur, hazırda əksər hökumət qurumları elektron xidmətlər təklif etsələr də, əhaliyə xidmət modeli üzərində təkmilləşdirilməsinə ehtiyac olan sahələr də az deyil. Bu gün ölkəmizdə bəzi dövlət qurumları müasir texnoloji yeniliklərdən istifadə etmədən fəaliyyət göstərir. Bu amili nəzərə alaraq, Prezident İlham Əliyev “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” fərman imzalayıb. Bu fərman elektron hökumətin yaradılması üzrə işlərin surətləndirilməsində mühüm rol oynayıb. Çünki mövcud vəziyyətdə sosial təminat sahəsində aparılan geniş islahatlar, əhaliyə göstərilən elektron xidmətlər, sosial ödənişlərin təyinatında proaktiv xidmətlərin tətbiqi təcrübəsinin genişləndirilməsi vacibdir.

Dövlət qurumlarının xidmətlərinin elektronlaşması ilə bağlı vəziyyəti dəyərləndirən İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, bu sahədəki mövcud gedişatı yaxşı hesab etmək olar. Belə ki, pandemiya dövründə vətəndaşlar tərəfindən elektron hökumət portallarına tələbatın artması müşahidə olunub:

“Tələbatın artması həmin portallara diqqətin çoxaldılmasına gətirib çıxarır. Tələbatın artması həmin portallara diqqətin çoxaldılmasına gətirib çıxarır. Bu səbəbdən dövlət qurumları elektron xidmətlərin təhlükəsizliyinə çox diqqət etməlidirlər. Burada əsas prinsip informasiya təhlükəsizliyinin təmin edilməsi və vətəndaşların həmin portallara maneəsiz daxil olmasıdır. Bununla əlaqədar İT İnfrastrukturun genişləndirilməsi, qiymətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi vacibdir. Dövlət qurumları elektron xidmətlərin təhlükəsizliyinə çox diqqət etməlidirlər. Burada əsas prinsip informasiya təhlükəsizliyinin təmin edilməsi və vətəndaşların həmin portallara maneəsiz daxil olmasıdır. Bununla əlaqədar İT İnfrastrukturun genişləndirilməsi, qiymətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi vacibdir. Bir çox dövlət qurumlarında təhlükəsizlik prinsiplərinə baxılmır. Həmin sistemlərin kiber cinayətkarlar tərəfindən ələ keçirilməsi risklərini nəzərə almırlar. Burada əsas risk vətəndaşların fərdi məlumatlarıdır. Vətəndaşların fərdi məlumatlarının qorunması üçün informasiya sistemlərinin gündəlik monitorinqi aparılmalıdır. İnsident baş verərsə, həmin insidentin dərhal müəyyən edilməsi və aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Buna görə də risklər qiymətləndirilməli, müəyyən qaydalar, prosedurlar və normativlər hazırlanmalıdır”.

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə qeyd edib ki, inteqrasiya tam reallaşmadığından bəzi dövlət qurumları hələ də hansısa xidməti göstərmək üçün mütləq vətəndaşdan hansısa sənədləri, arayışları və çıxarışları tələb edir:

“”MyGov” və “eGov” portallarından əldə edilən arayışları bir çox dövlət qurumları tanımaqdan imtina edir və möhürlü kağız sənədlər tələb edirlər. Dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyası ilə bağlı prezidentin müvafiq fərmanı olsa da, bir çox dövlət qurumlarında hələlik bunu başa çatdırmaq mümkün olmayıb. Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması ilə bağlı xeyli tədbirlər nəzərdə tutulub. Kağızdan imtina ilə bağlı işlərin isə 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub. Bu müddət ərzində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi kağız tələb olunan xidmətlərinin “söykəndiyi” informasiya sistemlərini inteqrasiya etməlidir. Vətəndaşdan tələb olunan kağız sənədləri dövlət qurumlarının informasiya sistemlərindən alınan datalar əvəz etməlidir. Ümid edirəm ki, aidiyyatı qurumlar Fəaliyyət Planında nəzərdə tutulanların vaxtında icrası üçün ciddi səy göstərəcəklər”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv