Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Suriya kürdlərinə silah göndərilməsi dayandırılmayacaq” – Pentaqon Trampı saya salmır

Türkiyənin xahişinə baxmayaraq, Pentaqon Suriya kürdlərini silahlandırmaqda davam edəcək.

Yenicag.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun (Müdafiə Nazirliyi) rəsmi nümayəndəsi Robert Menninq məlumat verib. Beləliklə, ABŞ heç nəyə məhəl qoymadan terrorçu PKK-nın Suriya qolu olan PYD-nin silahla təchizatına ara vermir.

Maraqlıdır ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Suriya kürdlərinin silahlandırılmasına son qoyulacağına dair vəd verdiyini bildirmişdi. Rəsmi Ankara ABŞ-ın kürdlərə qırıcı təyyarələr verməsini öz təhlükəsizliyi üçün ciddi təhdid hesab edir. Odur ki, sözügedən məsələ Türkiyə üçün həyati əhəmiyyət daşıyır.

Menninq isə kürdlərin silahlandırılmasında əsas məqsədin İŞİD-in məhvinin sürətləndirilməsi olduğunu deyib:

“Biz lap əvvəldən Türkiyəyə izah etdik ki, kürd birləşmələrinin silahlandırılması məhdud çərçivədə olacaq. Ancaq İŞİD-in məhv edilməsi məqsədi ilə kürdlərə göndərilən silahların həcmi tədricən artırıldı”.

Onun sözlərinə görə, Pentaqonda kürdlərə hərbi dəstəyin dayandırılmasının mümkünlüyü hələ indi-indi nəzərdən keçirilir. Bu məsələ ilə bağlı yekun qərar İŞİD üzərində qələbə planına uyğun olaraq, Vaşinqtonda qəbul ediləcək.

 

www.yenicag.az

1492
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM