Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Suriya və Rusiya qüvvələri İdlibə hücum etdi: 124 min insan Türkiyə sərhəddində - FOTO

Bəşər Əsəd və Rusiya qüvvələri Qurban bayramı ərəfəsində də Suriyada silahlı hücumları davam etdirib. 

Yenicag.az xəbər verir ki, nəticədə 124 min suriyalı Türkiyə-Suriya sərhəddinə sığınıb.

Anadolu Agentliyinin yaydığı məlumata əsasən, bir neçə gündür Xan Şeyhun bölgəsində davam etdirilən əməliyyatlar nəticəsində ərazidən köçmək məcburiyyətində qalan suriyalılar “Fırah Qalxanı” və “Zeytun Budağı” əməliyyatları ilə Türkiyənin terrordan təmizlədiyi ərazilərə doğru üz tutub.

Qeyd edək ki, İdlib bölgəsi rejim və Rusiya qüvvələrinin Suriyada müharibə başladığı güdən əsas işğal hədəfidir. Bölgə 2015-ci ildə müxalifət qüvvələrinin tam nəzarətinə keçmiş və müxalifətin əsas dayaq nöqtəsidir.

2017-ci ildə 4-5 may tarixlərində Astanada baş tutan görüşdə İdlib və ətrafı üçün “Gərginliyi azaltma bölgəsi”elan edilib. Bu planın baş tutması üçün Türkiyə və Rusiya tərəfləri illərdir danışıqları davam etdirir.

17 sentyabr 2018-ci ildə isə Soçi görüşü zamanı atəşkəs barədə qərar qəbul edilsə də, Rusiya qüvvələrinin dəstəyi ilə Əsəd rejimi hələ də aktiv hücum əməliyyatlarına davam edir.

Həşim Səhrablı

www.yenicag.az

1320
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100