Avqustun 23-də Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu cəbhənin Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd etsə də, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur olub. Bu zaman erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alaverdyan əsir götürülüb. Alaverdyanın əsir götürülməsi artıq altı ildir ki, Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün yaranmış imkan kimi dəyərləndirilir.
Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.