Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənilərin əlinə keçən hərbçimizin TALEYİ: "İki dövlət arasında hüquq hələ işləmir" - Hərbi ekspert

“Nəzərdə tutduğumuz bizim ərazilərdir, orada bizim hüquq keçməlidir. Orada “bizim əsirlə niyə belə davranırlar?” anlayışı pafosdur. Reallıq ondan ibarətdir ki, sülhməramlıların nəzarəti altında bir ərazi var, orada erməni hərbi birləşmələri var. Onların əlinə düşən istər hərbçi, istər mülki şəxs olsun, onunla istədikləri kimi davranacaqlar”.

Bu fikirləri azərbaycanlı hərbçinin ermənilər tərəfindən Ağdərədə saxlanılması, yuristiksiya problemi və erməni tərəfinin atacağı addımları şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bu tip hadisələrin atəşkəs dövründə dəfələrlə baş verdiyini qeyd edib:

“Ona görə asanlıqla qarşı tərəfə keçmək olar ki, düşündüyümüz nə sərhəd anlayışı, nə də mina sahələri var. Postlar arasında məsafə 1-2 kilometrdir, boşluqlar var. Dolayısı ilə bizim hərbçinin o tərəfə, erməni hərbçisinin bu tərəfə keçməsi heç bir problem deyil. Məqsədlidirsə, çox asanlıqla baş tutacaq. Hərbçilərin qarşılıqlı olaraq keçməsinin müəyyən səbəbləri olur. Konkret bu hadisədə hərbçi iki səbəbdən Ağdərəyə keçə bilərdi, ya azıb – ki bu, mümkün deyil, çünki tankçı ön cəbhədə xidmət etmir, ikinci səbəb isə tapşırıqla ora keçməli idi. Bu da mümkün deyil, çünki bu tapşırığı icra edəcək adam o deyil. Hərbçi orada olubsa, ya macəra arxasınca gedib, digər bir səbəbi isə psixi xəstə olub. Psixi xəstələrin sərhəd anlayışı olmadığı üçün bu tip hadisələr 26 illik atəşkəs dövründə dəfələrlə olub. Onlar tərəfdən də, biz tərəfdən qarşıya mülki adamlar keçib.

Hərbçilərin psixi xəstə olması suallar doğurur. Sual yaranır ki, psixi xəstənin orduda nə işi vardı? Mülki şəxslər üzərindən bu cür hadisələrin analoqları olub. Mövcud bu durumda həmin hərbçinin psixi xəstə olması daha inandırıcı gəlir. Ona görə ki, o adamın o tərəfdəki davranışı normal hərbçi davranışı deyil. Bir adamın gedib uşaqlar olan evə girməsi, oradan yemək istəməsi hərbçi davranışı deyil. Onun davranışları mənə əsaslandırmağa səbəb verir ki, o, normal adam deyil. Onun üzərindəki geyim forması normal hərbçi geyim forması deyil. Dolayısı ilə o hərbi geyim formasında olub, hərbçi olmayan bir şəxsdir. Ya zəlzələdən, ya vəlvələdən o şəxs erməni hərbi birləşmələrinin əlindədir”.

Hərbi ekspertin sözlərinə görə, hadisəni hüquq müstəvisinə bağlamaq istədiyimiz səbəb isə standart beynəlxalq hüquqla həll imkanı vermir:

“Post-müharibə dövründə bu işlərlə Qızıl Xaç Komitəsi məşğul olurdu. Çünki ortada qarşı tərəfə keçmiş şəxs anlayışı var. Faktiki olaraq o ərazilərdə hüquq işləmir. İki subyekt nə sərhədlərini, nə siyasi baxımdan bir-birini tanıyır. Demək ki, iki dövlət arasında hüquq hələ işləmir. Yekun etibarı ilə o hərbçini sorğulayacaqlar. Elə qələmə verəcəklər ki, xüsusi tapşırıq almış bir hərbçini ələ keçirmişik. Bunu da ona görə edəcəklər ki, Azərbaycanla alver edə bilsinlər. Onu sorğulayandan sonra görəcəklər ki, gözlədikələri adam deyil. Heç bir məlumat bazasına malik deyil. Onu geri qaytarmaq yolunu arayacaqlar. Geri qaytarma yolu isə əsirinin əsirlə dəyişdirilməsi və ya başqa bir şeylə dəyişdirmək anlamına gəlir. Beynəlxalq hüquqdan ziyadə, indiki halda sülhməramlılarla əlaqəyə giriləcək, hərbçini hər bir halda ya dəyişəcəyik, ya da istənilən halda geri qaytaracaqlar”.

Səxavət Məmməd

www.yenicag.az

612
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100