!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisdə Yeni Kaledoniya nümayəndə heyəti ilə görüş keçirildi

!Reklam – Yazi

Bu gün Milli Məclisdə bir qrup deputatla Yeni Kaledoniya nümayəndə heyəti arasında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo, Huailou şəhər merinin müavini Jean Claude Caparin, Fransa Qvineyasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının siyasi bürosunun üzvü, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun üzvü Maurice Pindard, Fransa Qvineyasının Sosial azadlığı və dekolonizasiyası naminə hərəkatının siyasi bürosunun üzvü Hector Pindard, Martinikanın Azadlığı Partiyasının sədri, Martinika Assambleyasının üzvü, Bakı Təşəbbüs Qrupunun üzvü Luc Francis, Yeni Kaledoniya Əməkçilər Partiyasının üzvü Patrick Tara, Bakı Təşəbbüs Qrupunun sədri Abbas Abbasov iştirak edib.

Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo Fransanın Kaledoniyada həyata keçirdiyi müstəmləkəçilik siyasəti barədə məlumat verib. David Vanabo Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransının əhəmiyyətini qeyd edib, Bakı Təşəbbüs Qrupunun xalqlarının tələblərini dünyaya çatdırmaqda mühüm rol oynayacağına inandığını söyləyib.

Görüşdə Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin müstəqillik qazanmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, Fransa insanları məcburi köçkün vəziyyətinə salıb. “Bizim əhali məcburi köçkün vəziyyətinə salınıb, öz torpaqlarımızda didərgin salınmışıq. Bildirilib ki, bu gün Azərbaycanda onlara dəstək verilməsini yüksək qiymətləndirirlər. Müstəqil Yeni Koledoniya dövlətini qurmaq istədiklərini vurğulayan görüş iştirakçıları Fransanın özünü insan haqlarını qoruyan ölkə kimi qələmə verdiyini, amma əslində belə olmadığını, Fransa insan haqlarından sui-istifadə edərək müstəmləkəçilik siyasətini davam etdirdiyini diqqətə çatdırıblar.

O da nəzərə çatdırılıb ki, Fransa Kaledoniyanın nikel də daxil olmaqla, təbii resurslarını mənimsəyir və Kaledoniya xalqı bu sərvətlərdən heç bir fayda görmür. Həmçinin son 20 ildə Yeni Kaledoniyada demoqrafik tərkibin məqsədyönlü şəkildə dəyişdirilməsi siyasəti həyata keçirilir, fransızlar Yeni Kaledoniya köçürülür. İnzibati işlərdə çalışanlarında artıq 50 faiz fransızlardır.

Milli Məclisin deputatı Azər Kərimli Azərbaycanın Yeni Koledoniya xalqının müstəqillik uğrunda mübarizəsini dəstəklədiyini bildirib. “Fransanın beynəlxalq hüquqa zidd siyasətinə qarşı birgə mübarizə aparmalıyıq. İş o yerə çatıb ki, Fransa Azərbaycana mültikulturalizim, müxtəlif dinlərin nümayəndələrinin birgə yaşayışını öyrətmək istəyir. Hər kəs yaxşı bilir ki, Azərbaycan özü miltikulturalizm məsələsində dünyaya bir nümunədir”.

Yeni Koledoniya nümayəndə heyəti haqlı mübarizələrində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib./APA

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv