!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tolikdən xalq artistləri ilə bağlı ŞOK AÇIQLAMA: “İkiüzlülüyünə görə verilişimə çağırmıram”

!Reklam – Yazi

“Efirdən qovmaq istədiyim qonaq olmayıb, heç belə bir fikrim də olmayıb, amma çağırmaq istəmədiyim müğənnilər olub. Bunun da səbəbləri var…”

Bu fikirləri tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik) “Nə vaxtsa efirdən qovmaq istədiyiniz müğənni olubmu?” sualını cavablandırarkən Yenicag.az-a açıqlamasında deyib.

Tolik bəzi sənət adamlarını bilərəkdən verilişinə çağırmadığını bildirib:

“Bir müğənnini efirdə görmək istəmirəmsə, çalışıram, onu verilişimə çağırmayım. Hansısa bir mövzu barədə ona səlahiyyət vermirəm ki, gəlib burada danışsın və mənə qıcıq versin. Amma qovmaq fikrim qətiyyən olmayıb. 3 il ərzində Xəzər TV-də veriliş apardım, verilişimdə bir dəfə də olsun, Xumar Qədimova, Elnur Məmmədov olmadı. O insanları verilişimə dəvət etməmişəm, bilmişəm ki, dəvət etsəm də, gəlməyəcəklər. Çünki aramızda soyuqluq var. Amma verilişimdə bütün məşhur sənətkarlar qonaq olub. Kim gəlməyibsə, özü bilər. Yenə də təkrar edirəm, özüm çağırmıram. Məsələn, elə xalq artistləri var, onlar məni qıcıqlandırır və buna görə də verilişimə çağırmıram. Çünki onların bəzilərinin ikiüzlülüyünü görmüşəm, buna görə istəmirəm, efirimdə olsunlar. Heç buna görə pis də olmamışam, heç nədə də uduzmamışam. Efirdən qovmağa gəlincə, dediyim kimi, qovmamışam, sadəcə özüm onları çağırmaq istəməmişəm”.

Cəvahir

www.yenicag.az

3386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv