Rusiyadan işğal olunmuş Dağlıq Qarabağ ərazilərinə səfər edənlərin sayı az deyil. Azərbaycanın icazəsi olmadan tanınmamış separatçı Dağlıq Qarabağa səfərlərə rəsmi Bakının reaksiyası da bəllidir. Bloger Lapşinin həbsi əslində bir dərs olmalı idi. Lakin belə səfərlər yenə də həyata keçirilir. Hətta Bakının razılığı olmadan bəzi Rusiya ali məktəbləri Xankəndində şübhəli şəkildə fəaliyyət göstərən institutlarla da əlaqə yaradırlar. İşğal olunmuş Dağlıq Qarabağ ərazilərinə Rusiyadan keçərək daxil olmaq elə edə çətin deyil.
Ermənistan mətbuatının verdiyi məlumata görə, 14-17 Sentyabr 2017-ci il tarixlərində Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində beynəlxalq gənclər konfransının keçirilməsi nəzərdə […]