!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor: “Pul göndərirlər, özü də dollarla”

!Reklam – Yazi

“Çox istədiklərini yazırlar, pul da göndərirlər, özü də dollarla…”

Bunu tanınmış aktyor Allahverdi Yolçuyev Yenicag.az-a açıqlamasında deyib.

Digər həmkarlarından geridə qalmayan və “TikTok” platformasına qoşulan aktyor həm başının qarışdığını, həm də az da olsa, pul qazandığını deyib:

“TikTok”da varam. Amma hələ siz deyən partlatmamışam. Hələ yeniyəm, yəqin, ona görə. Hərdən, ayda iki-üç dəfə daxil olmuşam. Orada o qədər tərifləyirlər, adam utanır. Nəvələrim açıb mənim üçün, deyirlər, baba, burada olsan, darıxmayasısan, başın qarışacaq, həm də pul qazanacaqsan. Parodiyalar edirəm, cavanlara öyüd-nəsihət verirəm. Çalışıram, keçmiş sənətkarlarımızı onlara tanıdım, incəsənət aləmi ilə bağlı bilgilərimi paylaşım. Hərdən deyirlər ki, mahnı oxu, deyirəm, vallah, mən müğənni deyiləm”.

Aktyor “digər sənət adamları kimi siz də “TikTok”da pul qazana bilirsinizmi?” sualını da cavablandırıb:

“Əslində, bir o qədər də marağım yoxdur, həm də öz canımın hayındayam, bilirsiniz ki, neçə vaxtdır səhhətimlə bağlı problemlərim var. “TikTok”a çox vaxt sərf etmirəm. Çox otursam, yəqin ki, qazancım da olar. Çünki mən də eşitmişəm, orada yaxşı qazanan sənət adamları var. Məni də çox istədiklərini yazırlar, pul da göndərirlər, özü də dollarla…”

Allahverdi Yolçuyev bir neçə ildir ki parkinson xəstəliyindən əziyyət çəkir. Buna görə səhnədən də uzaqlaşıb. Onun xəstəliyinin çarəsi Türkiyə və Rusiyadadır. Amma müalicə üçün aktyorun maddi imkanı yoxdur.

Cəvahir

www.yenicag.az

1237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv