!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyorun xanımı: "Ərim mənə xəyanət etsə...”- FOTOLAR  

!Reklam – Yazi

Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov tədbirlərin birinə həyat yoldaşı Zülfiyyə Kərimova ilə qatılıb.

Yenicag.az-ın fotokamerasına poz verən cütlük şəxsi həyatlarından danışıb.

Aktyor “xanımım məni qısqanmır, çünki inanır” desə də, həyat yoldaşı qısqanclığını gizlədə bilməyib:

“Elnur evə, ailəsinə çox bağlı adamdır. Hətta çəkiliş zamanı da zəng edib, bizimlə maraqlanır. Buna görə də qısqanclığa əsas olmur. Məndən heç vaxt nəyisə gizlətmir. Hətta ona yazılan mesajları belə mənə oxuyur. Hər hansı bir problem olanda da birgə müzakirə edirik. Amma heç vaxt istəmərəm və qoymaram ki, yoldaşım açıq-saçıq səhnələrə çəkilsin. Düzdür, Azərbaycanda xarici ölkələrdə olduğu kimi erotik səhnələr çəkilmir. Buna da səbəb mentalitetimizdir”.

 

 

Xanımı xəyanətdən də danışıb:

“Qadın nə qədər ərini sıxma-boğmaya salsa, bir o qədər evdən soyuyacaq. Mən də onun mənəvi sərbəstliyini əlindən almamışam. Bilirəm ki, heç vaxt mənə xəyanət də etməz. Əgər mənə xəyanət etsə, qapını çırpıb gedərəm”.

Cəvahir

www.yenicag.az

5241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv