!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış aparıcı "Lider”dən ayrıldı - FOTOLAR

!Reklam – Yazi

“Lider TV”də daha bir ayrılıq qeydə alınıb.

Yenicag.az xəbər verir ki, söhbət tanınmış aparıcı Vüsalə Səiddən gedir.

Əldə etdiyimiz məlumata görə, buna telekanalda yaranan maliyyə problemi səbəb olub. V. Səid məvaciblərinin gecikdiyini görüncə, kanaldan ayrılmaq məcburiyyətində qalıb.

Məsələ ilə bağlı Vüsalə Səidin özü ilə əlaqə saxladıq. Aparıcı telekanaldan ayrıldığını təsdiqləsə də, bunu yaranan maliyyə problemi ilə əlaqələndirməyib. O, işdən çıxma səbəbini gizli saxlayıb. 

Qeyd edək ki, Vüsalə Səid daha öncə AzTV-də çalışıb. Hətta 2015-ci ildə Türkiyənin “Kanal D” telekanalında yayımlanan “Ben bilmem, eşim bilər” verilişinin qalibi olub. 

Xatırladaq ki, son bir ildə “Lider TV”nin bir çox tanınmış siması telekanalı tərk edib. Əksəriyyətinin kanalı tərk etməsinin səbəbi olaraq da, məvaciblərin aylarla gecikməsi göstərilir.

www.yenicag.az

6341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv