Tanınmış iş adamı Büyükfıratın Zəhra mesajı hamını kövrəltdi

Qarabağın açmadan solan gülü, hələ 18 aylıqkən ermənilər tərəfindən vəhşicə şəhid edilən Zəhraya görə dünyadan reaksiyalar gəlməyə davam edir.

Yenicag.az xəbər verir ki, bu mövzuda ən təsiredici mesajlardan birini də Azərbaycanda və Türkiyədə FETÖ ilə mübarizəsi ilə tanınan iş adamı Hüseyn Büyükfırat yazıb.

Büyükfırat bütün bu baş verənlərin Qərbin vəhşiliyindən qaynaqlandığını vurğulayıb:

“Bunu heç vaxt unutma!

Qərb heç bir zaman mədəni olmayıb və bugünkü rifahının təməlində davam edən müstəmləkəçilik siyasəti, tökdüyü qan, axıtdığı göz yaşı və verdiyi əzab-əziyyətlər dayanır. (İzzətbegoviç)

Bu günahsız Zəhra balanın və milyonlarla məsum insanın qatili həmin Qərb mədəniyyətidir. O mədəniyyətin maşasına çevrilmiş erməni tulaları qudurublar: Həm müsəlman Azərbaycan torpaqlarını işğal ediblər, həmdə bu cür həyasızcasına hücumlar edə bilirlər.

Niyə?

Çünki ümmət şüuru və İslam birliyi yoxdur.

Onlar xaç birliyi içində fəaliyyətlərini davam etdirir. 3 milyonluq erməni toplumu yüz milyonlarla müsəlmanın içində 25 ildən çoxdur faktiki olaraq Azərbaycan torpaqlarını işğal edib, bir milyondan çox insanı öz yurdundan qaçqın salıb, insanları Xocalı soyqırımı kimi qətliamlarda vəhşicə öldürə bilirlər.

Bütün bu cəsarət vəhşi mədəniyyətdən qaynaqlanır.

Bir də ki bizim dağınıqlığımızdan…

Baxın müsəlmanları məzhəb-məzhəb, irq-irq bölüb bir-birinə qırdırırlar.

Əgər birlik olmasaq hamımızın aqibəti İraq, Suriya kimi olacaq.”

Yenicag.az