Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Tanınmış prodüser İFŞA ETDİ: “Biabır olacağından qorxur”

Tanınmış prodüser Pərviz Fəqan müğənnilərlə bağlı sərt fikirlər səsləndirib.

Yenicag.az-a açıqlama verən prodüser “Youtube”də pulla baxış sayı artıran şou əhlini ifşa edib:

“Baxırsan ki, heç sənət aləmində bunu tanıyan da yoxdur, amma “Youtube”də baxış sayı az qala milyona çatıb. Hansı ki, ilk dəfə “Youtube”də mahnıları yerləşdirilən böyük sənətkarlarımızın bu qədər baxış sayı yoxdur. Buna saxta yollarla nail olurlar. Söhbət bəzi müğənnilərdən gedir. Bu işi həyata keçirənlər isə sosial şəbəkə dəllallarıdır. Onlar bəzi dırnaqarası prodüserlərlə əlbir olub, qazanc əldə edir. Qazancı da əlli-əlliyə bölürlər. Çox da göylə getməsinlər, o saxta baxış sayları ilə öyünməsinlər. Əlimdə faktlarım var, ortaya çıxarıb hamısının yalanını üzə çıxararam”.

Prodüser həmin müğənnilərin aldandıqlarını da bildirib:

“Məsələ burasındadır ki, o dəllallar müğənniləri aldadır, onların pullarını alıb, aradan çıxırlar. Bir aya yüzminlərlə “baxış” yığan müğənni bir aydan sonra heç yüz “baxış” da yığa bilmir. Aldadıldıqlarını başa düşəndə isə gec olur. Həmin müğənnilər utandıqlarından hüquq mühafizə orqanlarına da müraciət edə bilmir. Çünki biabır olacağından qorxur. Gedib polisə nə deyəcək? Deyəcək ki, saxta baxış üçün kimlərəsə pul vermişəm, mənə “atıblar”?”

Pərviz ödənilən məbləği də açıqladı:

“Youtube”də baxış sayını artırmaq aylıq məbləğ 1500-2 min civarındadir, “İnstagram”da isə 500 manatdan başlayır”.

Cəvahir

www.yenicag.az

3151
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM