Təhsil haqlarının ödənilməsində yenilik

Azərbaycanda təhsil haqlarının ödənilməsinin nağdsız qaydada həyata keçirilməsi təklif olunur.

Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik nəzərdə tutulub.

Qanunun 38-ci (Təhsil müəssisəsinin maliyyələşdirilməsi) maddəsinə təklif olunan dəyişikliyə əsasən təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

Dəyişiklik layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.(Azvision)

Yenicag.az

COP29