!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsildə MƏCBURİ “DƏB”: “İllərdir, efirlərdə şouya baxan xalq indi televizorda dərs dinləsin?” - AKTUAL

!Reklam – Yazi

“Distant təhsil formasını qəbul etməliyiksə, o zaman bütün ölkə ərazisində internet təminatı yüksək səviyyədə olmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında pandemiya dövrünün ölkənin təhsil sistemində üzə çıxardığı boşluqları dəyərləndirən ekspert Elçin Əfəndi deyib.

Elçin Əfəndinin sözlərinə görə, mövcud şəraitdə distant təhsil formasına hazır olmamağımız səbəbindən bu sahədə müəyyən problemlər yaşanır:

“Şəhər və rayonlarda əhali internetlə bərabər səviyyədə təmin olunmayıb. Bundan əlavə, hər bir ailədə internetə çıxış üçün müsair texnoloji avadanlıqlar yoxdur. Çıxış olsa da, yalnız bir ailə üzvündə var. Bu isə bir evdə təhsilə bağlı olan 3-4 şəxsin təhsil almasına və ya təhsil verməsinə mane olan səbəblərdəndir.

Tutaq ki, ana və ya ata müəllimdir. Onun üç övladı var. Övladlarından biri birinci sinifə qədəm qoyur, digəri 7-ci sinifdə oxuyur, o birisi isə bakalavar pilləsi üzrə təhsil alır. Dərs başlananda, kim dərsə qoşulmalıdır? Hamısı.

Elə isə bir qurğu ilə necə qoşulsunlar? Vəziyyətdən çıxış yolu televiziyadır? Xeyr. Buna xalq olaraq, psixologiyamız uyğunlaşmayıb. İllərdir efirlərdə şouya baxan xalq indi televizorda dərs dinləsin?

Buna uyğunlaşmaq üçün bir neçə il lazımdır. Çünki bu gün baş verən proseslər onu göstərir ki, biz istənilən təhsil formasına hazırlıqlı olmalıyıq. Bununla yanaşı, distant təhsil formasında çatışmayan tərəflərdən biri də təhsil verənlərin bir çoxunun informasiya texnologiyalarından uzaq olmasıdır. Bu halda təhsil alan nə etsin? Əlbəttə, bu, böyük problemdir”.

Ekspert vurğulayıb ki, distant təhsil formasını qəbul etməliyiksə, o zaman bütün ölkə ərazisində internet təminatı yüksək səviyyədə olmalıdır:

“Bununla yanaşı, təhsil verənlərin informasiya texnologiyaları ilə işləmə qabiliyyətinin inkişaf etdirilməsi üçün onlara təlimlər keçirilməlidir. Həmçinin hər ailə ən azı bir neçə ağıllı telefonla və ya planşetlə təmin olunmalıdır. Bütün bunları tətbiq etsək, bəlkə qarşıdakı ildə qismən də olsa, müsbət nəticə əldə edər və yaranmış boşluğu daraldarıq”.

Gülşən Şərif

www.yenicag.az

2954
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv