“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Avstriyanın paytaxtı Vyanada şəhərində ATƏT tərəfindən təşkil olunan “Münaqişə və humanitar böhranlar dövründə medianın rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Tədbirdə ATƏT-ə üzv ölkələri təmsil edən diplomatlar, media və qht təmsilçiləri, rəsmi nümayəndə heyətləri iştirak edib. Tədbirdə çıxış edən Fərid Şahbazlı Ermənistanın dezinformasiya siyasəti və mina terroru haqqında məlumat verib.