Reklam: High Technic
hightechnic

Tramp kralı hədələdi: "Səni biz qoruyuruq, bədəl ödəməlisən"

“Əgər ABŞ hərbi dəstəyini kəsərsə, 2 həftəyə tacını itirərsən. Ona görə də bunun bədəlini ödəməlisən”.

Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp konqres seçkiləri üçün Mississippi əyalətində keçirilən seçki mitinqində danışarkən Səudiyyə Ərəbistan Kralı Salman Bin Əbdülləzizin ünvanına deyib.

Tramp kralı təhdid etməkdən də çəkinməyib: “Mən Kral Salmanı sevirəm, amma ona dedim ki, səni biz qoruyuruq. Ona görə də bunun qarşılığını verməlisən”

ABŞ prezidenti Kral Salmanla bu müzakirəni nə vaxt etdiyini açıqlamayıb.

Həşim Səhrablı

www.yenicag.az

2358