!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ “dərin dövlət”inin natamam TRAMP PLANI: “Onun yenidən prezident seçilməsi...”

!Reklam – Yazi

“Mövcud şəraitdə Trampın yenidən prezident seçilməsi ABŞ-a yeni “möcüzə” vəd etmir”.

Bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın fəaliyyətdə olan xələfi Co Baydenə yönəlik ittihamları ağırlaşdırması fonunda onun yenidən “1-ci posta” seçilmək ehtimalını dəyərləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-ın adları çəkilən sabiq və indiki prezidentlərin hakimiyyəti dövründəki vəziyyət çox da fərqli deyil:

“Son vaxtlarda ABŞ-ın keçmiş prezidenti Donald Trampın indiki dövlət başçısı Co Bayden administrasiyasına qarşı səsləndirdiyi ciddi ittihamların intensivləşdiyi müşahidə olunur. Lakin ABŞ-nin elə Tramp dönəmində də vəziyyəti normal olmayıb, bir sıra dərin problemlər yaşanıb.

Çinlə “ticarət müharibəsi”, İranla münasibətlərin gərginləşməsi, ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı sərəncam imzalanması və sair halları xatırlamaq olar. Yəni gərginlik Tramp dövründə də az olmayıb.

Məsələyə digər prizmadan yanaşsaq, ABŞ-da bütün səlahiyyətlər heç də prezidentə məxsus deyil. Əgər ABŞ “dərin dövləti” Trampın yenidən hakimiyyətə gəlməsini istəyirsə, bu plan reallaşdırıla bilər. Ancaq Tramp dövründə vəziyyət necə idisə, Baydenin hakimiyyət dönəmində də təqribən elədir. Dəyişən bir şey yoxdur.

Bu səbəbdən, mövcud şəraitdə Trampın yenidən prezident seçilməsi ABŞ-a yeni “möcüzə” vəd etmir. Sadəcə, başdakı şəxslərin adı dəyişsə də, sistem isə olduğu kimi saxlanılır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv