!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın “türmə islahatları”: “Az tutun, tez buraxın”

!Reklam – Yazi

ABŞ-da penitensiar sistemin və cəza qanunvericiliyinin liberallaşdırılmasına hazırlıq görülür.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, prezident Donald Tramp administrasiyasının irəli sürdüyü bu təşəbbüs həbslərin azaldılmasını və məhkumların mümkün qədər tez azadlığa buraxılmalarını nəzərdə tutur.

Bundan başqa, aparılacaq islahat nəticəsində hamilə məhkumların saxlanma şəraitlərinin yaxşılaşdırılması və hakimlərə bəzi hallarda daha yumşaq cəza kəsmək hüququnun verilməsi planlaşdırılır.

Eyni zamanda, məhkumların islah olunmaları üçün ayrılan dövlət vəsaitlərinin artırılması da islahatlar zərfinə daxildir. Konqresin bəyəndiyi “Birinci addım” adlandırılan bu qanun layihəsi artıq Tramp tərəfindən də dəstəklənib.

İndi əsas məsələ həmin qanun layihəsinin Senatda da təsdiqlənməsidir. Bunun üçün 60 senatorun səsi tələb olunur.

www.yenicag.az

1665
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv