Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tural Gəncəliyev: "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub"

Reklam: Sinerji Pro

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub”.

Yenicag.az-ın xəbərinə görə, bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması” dəfələrlə bu barədə müraciətlər edib: “Təəssüf ki, 2019-cu il ərzində cavab almamışıq. Bu da erməni icmasının boyunduruq altında qalmasının göstəricisidir. Onlar qondarma rejimdən aslıdırlar. Çox güman ki, onların arasında azərbaycanlılarla bir yerdə yaşamaq istəyi olanlar var, lakin həmin şəxsləri boğurlar, sıxırlar. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icmasını danışıqlara çağırmasından sonra jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu, lakin erməni tərəf bunu şou elədi, təxribat xarakterli bəyanatlar verdilər. Bu da onu göstərir ki, qondarma rejimin nümayəndələri, təcavüzkar Ermənistan rəhbərliyi bu məsələdə maraqlı deyillər. Onlar çəkinirlər ki, icmalar bir yerdə otursalar, erməni icması başa düşəcək ki, Azərbaycanlı icması başqa cür düşünür. Biz onlarla bir yerdə yaşamaq istəyirik”.

Loading...

www.yenicag.az

504
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100