Reklam: High Technic
hightechnic

“TURAZ Şahini-2018” birgə taktiki-uçuş təlimləri başladı - VİDEO

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində iki ölkənin Hərbi Hava Qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb.

Müdafiə Nazirlliyindən Yenicag.az-a verilən məlumata görə, keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum təyyarələri və şəxsi heyət Konya şəhərində yerləşən aviabazada təntənəli şəkildə qarşılanıb.

Qarşılama mərasimində çıxış edənlər keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edən hər kəsə uğurlar arzulayıb və qurban kəsilib.

Təlimlər sentyabrın 14-dək davam edəcək.

www.yenicag.az

74