Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Türk yazardan Azərbaycan Yazıçılar Birliyinin ünvanına ağır sözlər

Bakıda keçirilən V Beynəlxalq Kitab Fuarında iştirak edən türkiyəli yazar Ahmet Yıldız ölkəsinə qayıtdıqdan sonra sərt yazı qələmə alıb.

Yenicag.az xəbər verir ki, öncəliklə türk yayınçılarının Bakıdakı Kitab Fuarına qatılmamalarını “ onlar bir oslolu, frankfurlu, hətta ermənistanlı oxucularına göstərdikləri qayğını Azərbaycandan əsirgəyiblər” kimi sərt ittihamla tənqid edib.

Bakıya “Nizamülmülkün öldürülməsi” adlı kitabını imzalamaq üçün gəldiyini bildirən yazıçının tənqidindən Azərbaycan Yazıçılar Birliyi də qurtula bilməyib.

AYB-nin Türkiyə-Azərbaycan ədəbi əlaqələrində ciddi rol oynaya bilmədiyini yazan Ahmet Yıldız “Təəssüf ki, Azərbaycan Yazıçılar Birliyi bu əlaqələri inkişaf etdirəcək bir vizyona sahib deyil. Xüsusilə də, gördüyü işlərə baxınca, bir daha əmin oluram. Latın əlifbasına keçərkən, qoyduqları q, x, ə kimi üç-beş hərf bizi ayırmağa yetdi”.

AYB-nin Türkiyədə İLESAM ilə işbirliyini də ağır tənqid edən türk yazıçı “AYB-nin Türkiyədə sadəcə İLESAM ilə çalışması, İLESAM-ın iki ölkə arasındakı mədəni əlaqələrin önəminin boyundan  böyük olduğunu düşünmədən hərəkət etməsi iki ölkə ədəbiyyatçıları acısından təəssüf doğurur.

Azərbaycanlı yazar və şairlər, hətta rəsmi vəzifə sahibləri də Türkiyədən Azərbaycana şair adı ilə aparılan şəxslərin şeirlə-ədəbiyyatla əlaqəsinin olmadığını yaxşı başa düşürlər. Fəqət bu iki örgüt ədəbi sahəni öz monopoliyalarına alıblar. Problemlər çoxdur və növbəti yazılarımda bunları yazmağa çalışacağam”, deyə fəryad edib.

Azərbaycan oxucusunun, xüsusilə intellektual insanların çağdaş Türk ədəbiyyatının gerçək nümunələrini görmək, oxumaq istədiyini yazan Ahmet Yıldız bu səbəbdən də, Azərbaycanda rus intellektual həyatının hegemon olduğu düşüncəsindədir.

www.yenicag.az

2229
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM