!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə-AB münasibətlərində yeni dövr başlaya bilər” – Berat Albayrak

!Reklam – Yazi

“Qiymət sabitliyi baxımından çətinlik və risklərin fərqindəyik. Pul siyasəti çərçivəsində tədbirlər görüləcəyinə əminik. BVF-yə (Beynəlxalq Valyuta Fondu) müraciət etmək planımız yoxdur. Məqsədimiz xarici investorları ölkəyə cəlb etməkdir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak səsləndirib.

Nazir Albayrak bu gün reallaşdıracağı İngiltərə ziyarətindən öncə Fransa və Almaniyadan Türkiyəyə gələn dəstəyin AB ilə əlaqələrdə yeni bir dövrün başlanmasına vəsilə ola biləcəyini söyləyib.

“Reuters”ə verdiyi müsahibəsində Albayrak, İngiltərə ziyarəti çərçivəsində Maliyyə naziri Filip Hamond və AB ilə işlərdən məsul nazir Alan Duncan ilə görüşəcəyini ifadə edib: “İki ölkə arasındakı əlaqələri daha da artırmaq barədə qərarımızı bir daha diqqətə çatdıracağıq”.

Albayrak “Avropa ölkələriylə təmaslardan Türkiyə nə kimi qazanc əldə edə bilər” sualına “Fransa və Almaniya ilə təxminən iki ildir davam edən Türkiyə-AB danışıqlarında “yeni bir dövrün başlanmasına vəsilə ola bilər” şəklində cavab verib.

www.yenicag.az

969
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv