!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyə Ermənistana təyyarə reysi açmayacaq" - Səfir

!Reklam – Yazi

“Türkiyədən Ermənistana təyyarə rəysinin açılacağı ilə bağlı xəbərlər doğru deyil”.

Yenicag.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Türkiyə Hava Yolları” şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan açıqlamaya münasibət bildirərkən deyib.

O bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb: “O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir”.

Qeyd edək ki, “Anadolu agentliyi”nin ingilis dili bölməsində noyabrın 24-də Türkiyə Hava Yolları” şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycıya istinadən yayımlanan müsahibədə Ermənistana birbaşa hava reysinin açılacağı bildirilib.

www.yenicag.az

1685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv