!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə hökumətinin himayəsində olan Suriya müxalifəti liderlərini ölkədən çıxarmaq iddiaları...” – REAKSİYA

!Reklam – Yazi

“Ankaranın Suriya siyasətinin həyata keçirilməsində bu ölkənin müxalifət qüvvələrinin əhəmiyyəti böyükdür”.

Bu fikirləri İrana yaxın xəbər mənbələrinin Türkiyə hökumətinin sığınacaq verdiyi Suriya müxalifəti liderlərini ölkədən çıxarmaqla bağlı iddialarına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Türkiyə hökuməti “öz ayağına sıxmaq” anlamına gələn bu addımı heç bir halda atmaz:

“Əslində, gördüyünüz kimi, Türkiyənin Suriyanın şimalında planlaşdırdığı əməliyyatla əlaqədar olaraq bu hərəkata qarşı çıxan ölkələr tərəfindən müxtəlif dezinformasiyalar dövriyyəyə buraxılmaqdadır.

Hətta bir ara bu fəaliyyət dezinformasiya ilə də yekunlaşmadı, Suriyanın şimalında Türkiyə əleyhinə aksiyalar təşkil olundu və bölgədə Ankaranın nüfuzuna zərbə vurulmasına cəhd göstərildi.

O baxımdan, hesab edirəm ki, Türkiyənin Suriya müxalifət liderlərini ölkədən çıxarmaq qərarı qəbul etməsi haqda iddialar da növbəti dezinformasiyadır. Çünki Türkiyənin Suriya siyasətinin həyata keçirilməsində bu ölkənin müxalifət qüvvələrinin əhəmiyyəti böyükdür.

Ona görə də Ankaranın belə bir qərar qəbul etməsi, obrazlı desək, “öz ayağına sıxmaq” anlamına gəlir və Türkiyə heç vaxt buna getməz. Hər halda, bu dezinformasiya da antiTürkiyə qüvvələrin yuxarıda qeyd olunan məqsədlərinin tərkib hissəsidir”.

A.Zeynalov

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv