!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ilə ABŞ Suriya mövzusunda 13 bənddən ibarət ortaq açıqlama yaydı

!Reklam – Yazi

Ankarada Türkiyə və ABŞ rəsmi nümayəndə heyəti arasında 6 saata yaxın davam edən danışıqlardan sonra tərəflər arasında qəbul edilən razılıqla bağlı ortaq açıqlama yayılıb.

Yenicag.az xəbər verir ki, Suriyada Fəratın şərqində Türkiyənin başladığı “Barış bulağı” hərbi əməliyyatlarını dayandırmaq, Suriya və Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək və suriyalıların öz torpaqlarına qayıdışına şərait yaratmaq üçün aparılan danışıqlardan əldə olunan nəticə 13 bənddən ibarətdir.

Bildirişdə qeyd olunub ki, ABŞ Türkiyənin cənub sərhədindəki təhlükəsizlik təminatına anlayışla yanaşır. Türkiyə və ABŞ ərazidə ortaq mənafelərini qorumaqla əməkdaşlığını, eləcə də NATO torpaqları və xalqlarını bütün təhdidlərdən qoruma öhdəliklərini, insan haqlarını, dini, etnik toplumların hüquq bərabərliyini qəbul edir. Açıqlamada qeyd edilib ki, Türkiyə və ABŞ İŞİD-lə birgə mübarizədə qərarlıdır, terrorçulara aid sığınacaq, mövqe, silah-sursat, digər hərbi vasitələri hədəf alması üzrə anlaşır. Hər iki tərəf Türkiyənin YPG-dən ağır silahları toplamasının (YPG-nin yararsız hala gələn bütün hərbi vasitələri daxil), təhlükəsiz bölgənin yaradılmasının təminatına razıdır.

Hər iki ölkə Suriyanın siyasi birliyi və ərazi bütövlüyü üçün BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun şəkildə qəbul edir. Təhlükəsiz bölgə öncə Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olacaq, sonra hər iki tərəf təhlükəsiz bölgənin koordinasiyasını artıracaq.

Türkiyə 120 saat içində “Barış bulağı” əməliyyatını dayandıracaq, YPG ərazidən çəkiləcək. YPG tamamilə çəkildikdən sonra Türkiyə atəşkəs elan edəcək. Bundan sonra ABŞ müvafiq sanksiyalarını aradan qaldıracaq./APA/

www.yenicag.az

6971
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv