!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə koronavirusla mübarizədə Azərbaycana yardım göndərdi

!Reklam – Yazi

Türkiyə yeni tip koronavirüsla bağlı Azərbaycana tibbi yardım göndərib.

Bu barədə Yenicag.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumatda, “Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərmiş və bu çərçivədə qoruyucu ləvazimat ilə dərman preparatları göndərmişdir.

Bu gün də qardaş ölkə Can Azərbaycana;

30 ədəd süni tənəffüs aparatı,
55.000 ədəd kombinezon,
50.000 ədəd N95 maska,
100.000 ədəd cərrahi maska,
5.000 tibbi eynək,
200.000 əlcək və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndərib.

Türkiyə, virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və hal-hazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhvəsini vermək üçün maksimum səy göstərir.

Bu gün etdiyimiz bu yardım da qardaş Azərbaycanın mübarizəsinə töhvə xarakterlidir. Aramızdakı yaxın münasibətlərin təbii nəticəsi olan bu yardım, iki ölkənin Prezidentləri Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlığımızın da güclü təzahürüdür.

Yardımın Azərbaycanın koronavirusla mübarizəsinə töhvə verməsini arzu edir, fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımıza baş sağlığı, xəstələrə tez bir zamanda şəfa diləyirik” – deyə qeyd edilib.

www.yenicag.az

1063
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv