!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə prezidenti bu əraziləri fəlakət bölgəsi elan etdi

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sel olan əraziləri fəlakət bölgəsi elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkə prezidenti Türkiyənin sel bölgəsi Kastamonuya səfərində deyib.

O bildirib ki, digər fəlakət bölgələrində olduğu kimi, Kastamonu, Bartın, Sinopu fəlakət bölgəsi elan edirik.

Ərdoğan Türkiyənin cənubunda meşə yanğınları, şimalında sel-daşqınlar olduğunu xatırladaraq bütün fəlakətlərə qarşı dövlət qurumlarının səfərbər olduğunu vurğulayıb.

“Dünyanın çox yerində olduğu kimi, Türkiyə də bir müddətdir, təbii fəlakətlərlə üz-üzədir. Çalışmalıyıq ki, bu mübarizəmizi ən az itki ilə başa çatdıraq. Bu fəlakətlərlə mübarizədə fəaliyyət göstərən hər kəsə təşəkkürümüzü bildiririk. Sel fəlakətindən zərərə məruz qalanlara hər cür dövlət dəstəyi veriləcək”.

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv