Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sel olan əraziləri fəlakət bölgəsi elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkə prezidenti Türkiyənin sel bölgəsi Kastamonuya səfərində deyib.
O bildirib ki, digər fəlakət bölgələrində olduğu kimi, Kastamonu, Bartın, Sinopu fəlakət bölgəsi elan edirik.
Ərdoğan Türkiyənin cənubunda meşə yanğınları, şimalında sel-daşqınlar olduğunu xatırladaraq bütün fəlakətlərə qarşı dövlət qurumlarının səfərbər olduğunu vurğulayıb.